İspaniya millisinin ulduz futbolçusu Andres İnyesta "Avro-2016"nın 1/8 final mərhələsində qarşılaşacaqları İtaliya ilə oyun haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu onları çox çətin bir qarşılaşma gözlədiyini bilidirib :" İtaliya millisi çox güclü və çətin rəqibdir.. Gözəl oyun olacaq. Bu özümüzü inkişaf etdirmək baxımından da yaxşı şansdır. İtaliya millisi uzun zamandır gördüyümüz ən yaxşı müdafiəyə sahibdir."
İnyesta Xorvatiyaya məğlubiyyətdən də danışıb:" Futbol belədir. Bəzən məğlubiyyətlə barışmalı olursan. Xorvatiya millisinə yenildik və indi İtaliya ilə oynamağa məcburuq. Gücümüzü düzgün şəkildə meydanda qoya bilsək, növbəti mərhələyə keçmək üçün şansımız var."