Fatih Terim: "Artıq davam etmək istəmirəm"

Türkiyə millisinin baş məşqçisi Fatih Terim federasiya prezidenti Yıldırım Dəmirörənlə görüşüb və istefa vermək istədiyini bildirib.

Newsport.az-ın məlumatına görə,  o, prezidentlə görüşdə bunları deyib: "Avro-2016"da məni və futbolçularımı çox tənqid etdilər. Haqqımız olmayan sözlər eşitdik.Xorvatiya və İspaniya matçından sonra deyilənlər həzm ediləcək sözlər deyil. Çox pis durumdayıq hamımız. Mən artıq yoxam. Yeni sezona başqa bir baş məşqçi ilə davam etsəniz daha yaxşı olar. Bu günə qədər göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Bundan artıq davam etmək istəmirəm."


Türkiyə mətbuatının verdiyi məlumata görə TFF prezidenti Dəmirörən Terimin istefasını qəbul etmək istəməyib:" Əsil görəvimiz bundan sonra başlayır. Siz tənqidlərə qulaq asmayın. Bizim sizə güvənimiz hər zaman tamdır.Sizin milli komandanın baş məşqçisi olmanız bizim üçün güvəndə olmaq deməkdir. Bizi hər zaman sizin arxanızdayıq. Komandamızı Dünya Kubokuna aparacağınıza əminik. "Avro-2016" bizim üçün bir təcrübə oldu"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right