Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəmyə verib.
Newsport.az-ın məlumatına görə, buna görə də, Fatih Terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edib. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, İspaniya - Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəklərində ağır şəkildə söymüşdülər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right