Aqollinin komandası AÇ-2016 ilə vidalaşdı

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması Avropa çempionatı ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, bu, "F" qrupundakı son iki oyunun yekunlaşmasından sonra dəqiqləşib. 
 
3 turdan sonra 3 xalla A qrupunun 3-cüsü olan Albaniya 4 ən yaxşı qrup 3-cüsü sırasına düşə bilməyib. E qrupunda mübarizəyə hələ yekun vurulmasa da, Aqollinin komandası hazırda Slovakiya, Şimali İrlandiya, Portuqaliya və Türkiyədən geri qalır. Saat 23:00-da başlanacaq görüşlərdə İtaliya İrlandiyaya, Belçika isə İsveçə uduzmasa, Türkiyə adını 1/8 finala yazdıracaq. 
 
Qeyd edək ki, Albaniya iyunun 19-da son oyununu keçirdikdən sonra Fransada qalaraq, digər qruplarda mübarizənin yekunlaşmasını gözləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right