“Avro-2016”nın qrup mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bu gün E qrupunda keçiriləcək iki oyunla bütün 1/8 finalçılar bəlli olub.
Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiyanı sınağa çəkib. Antonio Kontenin komandası rəqibinə 0:1 hesabı ilə uduzsa da, qrupu lider başa vurub. İrlandiyalılar isə qələbə sayəsində dörd ən yaxşı 3-cü kimi qrupdan çıxıb.
Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Skandinaviyalıları yalnız qələbə qane edirsə, belçikalılara bir xal da kifayət edirdi. Rəqibini 1:0 hesabı ilə məğlub edən belçikalılar qrup ikincisi kimi 1/8 finala adlayıb.
E qrupu
23:00. İtaliya - İrlandiya - 0:1
Qol: Bredi, 85 (0:1)
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Lill. “Pyerr Morua” stadionu
23:00. İsveç - Belçika - 0:1
Qol: Nainqolan, 84 (0:1)
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Nitsa. Şəhər stadionu
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
İtaliya |
3 |
2 |
0 |
1 |
3-1 |
6 |
2 |
Belçika |
3 |
2 |
0 |
1 |
4-2 |
6 |
3 |
İrlandiya |
3 |
1 |
1 |
1 |
2-4 |
4 |
4 |
İsveç |
3 |
0 |
1 |
2 |
1-3 |
1 |