Fatih Terim: "Yığılıb qalan borclarımız var ki, onları ödəməliyik"

Türkiyə millisi mübarizə apardığı D qrupunun sonuncu matçında Çexiyanı 2:0 hesabı ilə məğlub edərək, 1/8 final şanslarını saxlayıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim qarşılaşma haqqında fikirlərini bildirib. Terim matç haqqında fikirlərini belə izah edib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də gözəl oyun oldu. İnanıram ki, bu nəticənin bizim üçün böyük faydası olacaq. Hər kəsin darıxdığı futbolu sərgilədik. Önəmli olan isə bu turnirdə iştirak etməkdi. Təbii ki, uğur qazanmaq istəyirik. Amma bu, bəzən alınmır.  Ancaq bu qədər işin öhdəsindən gəlmək asan deyil".

"Ay ulduzlular"ın baş məşqçisi millinin gənc futbolçusu Əmrə Mor haqda da danışıb: "Əmrə bizləri həyəcanlandırdı. İspaniya ilə matçda onu oyuna daxil etsəydim, o həngamədə Əmrəni itirə bilərdik. Onu qazanmaq üçün yığmamız yaxşı iş görüb. Onun əvəzlənməsinə gəlincə, mənə yorulduğunu bildirdi. Buna görə də Əmrəni əvəzləməli oldum".

Fatih Terim 1/8 finala yüksəlmək şanslarından da danışıb: "Əgər növbəti mərhələyə yüksəlsək, mübarizəyə yenidən başlayacağıq. Yığılıb qalan borclarımız var ki, onları ödəməliyik. Avropa çempionatı ilə vidalaşsaq, çox üzülərəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right