Arda Turan: "Onları bağışlamayacam"

Fransada təşkil oluana Avropa çempionatının qrup mərhələsinin III turunun oyunları davam edir. "AÇ-2016-nın "D" qrupunda keçirilən Çexiya – Türkiyə matçından (0:2) sonra türklərin ulduz futbolçusu Arda Turan açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya və İspaniya ilə oyunlardan sonra azarkeşlərin tənqid hədəfinə çevrilən futbolçu heç kimə küskün olmadığını, amma anasına görə çox üzüldüyünü bildirib: "Biz nə pul düşkünü olduq, nə də mükafat almaq üçün oynamadıq. Pul almaq üçün Türkiyə millisində oynamadıq. Heç kimdən inciməmişəm. Gərək anamı ağlatmayaydılar. Buna görə onları bağışlamayacam. Amma indi yeri deyil."

"Barselona"nın formasını geyinən təcrübəli futbolçu Türkiyə millisinin gələcək oyunları haqqında da danışıb:" Əslində bizim kimi ölkələrin belə turnirlərdə olması da yaxşı nəticədir. Biz Türkiyənin uğurları üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Milli komandada 90 oyun oynadım. 5 dənə pis oynadığım oyunu göstərənə bütün sərvətimi verərəm."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right