"Avro-2016"da daha dörd oyuna hakim təyinatları açıqlanıb.
Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, F qrupunda keçiriləcək İslandiya – Avstriya oyunu Simon Marçinyakın başçılıq edəcəyi polşalı hakimlər briqadasına tapşırılıb.
Qrupun digər matçı Macarıstan - Portuqaliya görüşünü ingiltərəli Martin Atkinson idarə edəcək.
E qrupunda keçiriləcək İtaliya - İrlandiya oyununa rumıniyalı Ovidiu Hatseqan, İsveç - Belçika matçına isə almaniyalı Feliks Brix təyin olunub.
Qeyd edək ki, hər dörd oyun sabah keçiriləcək.
F qrupu
20:00. İslandiya – Avstriya
Baş hakim: Simon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki və Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Razkovski və Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sent-Denis. "Stad de Frans" stadionu.
20:00. Macarıstan - Portuqaliya
Hakimlər: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mullaki və Stefen Çayld
Əlavə köməkçi hakimlər: Maykl Oliver və Kreiq Pauson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Lion şəhər stadionu.
E qrupu
23:00. İtaliya - İrlandiya
Baş hakim: Ovidiu Hatseqan
Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)
Dördüncü referi: Tasos Sidiropoulos (Yunanıstan)
Lill. "Pyer Morya" stadionu.
23:00. İsveç - Belçika
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Dördüncü referi: Matej Yuq (Sloveniya)
Nitsa. Nitsa şəhər stadionu.