"Real"da ciddi itki

İspaniya La Liqasının son turunda "Atletik" (Bilbao) klubuna 5:0 hesabı ilə qalib gələn Madrid "Real"ı ciddi itki ilə üzləşib.

Newsport.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, "kral klubu"nun müdafiəçisi Serxio Ramos zədələnərək sıradan çıxıb.

Əzələsini dartan futbolçu oyunun fasiləsində əvəzlənib. Lakin Ramosun hələlik hansı müddətə sıradan çıxdığı məlum deyil. İspaniya millisinin üzvünün "Avro-2016"nın seçmə mərhələsində Slovakiya və Lüksemburqla görüşdə komandasına kömək edə bilməyəcəyi gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right