“Real” 20 milyona satdığı futbolçunu 30 milyona alır

Alvaro Morata yeni mövsümdən "Yuventus”un formasını geyinməyəcək.
 

Newsport.az-ın məlumatına görə, İspaniya milli komandasının forvardı sabiq komandası "Real”a qayıdır. Bu barədə "Marca” məlumat yayıb. Mənbə iddia edir ki, Madrid təmsilçisi bu barədə hücumçunu məlumatlandırıb.
 
"Real”ın bu transferə görə Turin təsmilçisinə 30 milyon avro ödəyəcəyi bildirilir. Maraq üçün bildirək ki, "Real”a 2014-cü ildə Moratanı 20 milyon avroya satmışdı. 
 
Xatırladaq ki, Morata ötən mövsüm 47 rəsmi matçda forma geyinib və 12 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right