Türkiyə Superliqasında yeni vəsiqə qazanan "Karabükspor” komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Karabük təmsilçisi İqor Tudora tapşırılıb. Ötən il yunanıstanın PAOK komandasını çalışdıran xorvatiyalı mütəxəssislə bir illik müqavilə imzalanıb. Bu barədə məlumatı klubun prezidenti Hikmet Ferudun Tankut məlumat verib.
Qeyd edək ki, İqor Tudor 2013-cü ildə məşqçiliyə başlayıb. O, buna qədər "Hayduk” və PAOK kimi komandaları çalışdırıb. 2008-ci ildən futbolçu karyerasını başa vuran Tudor karyerası ərzində "Hayduk”, "Troqir”, "Yuventus” və "Siena” kimi komandalarda forma geyinib.