Fransada təşkil olunan Avropa çempionatının "E” qrupunun II turu çərçiəsində baş tutan qarşılaşmada İtaliya və İsveç milli komandaları üz-üzə gəlib. Aşağı məhsuldarlığı ilə seçilən oyun İtaliya milli komandasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 89-cu dəqiqədə Eder isveçlilərin qapısından keçirib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra qarşılaşma haqqında fikirlərini bildirən İsveç milli komandasının ulduz futbolçusu Zlatan İbrahimoviç oyunun gedişi zamanı İtaliya milli komandasının müdafiəçisi Georgi Çyellini ilə baş tutan qalmaqalı haqqında danışıb: "Matçboyu Çyellini ilə anlaşılmazlıqlarımız oldu. Həqiqi dava etsəydik indi əstəxanada idi”.
Maçtla bağlı fikirlərini bildirən forvard bu sözlərə yer verib: "Futbnolçular belə komandalara qarşı 90 dəqiqə yüksək tempdə oynamalıdı. Əks təqdirdə İtaliya kimi komanda gələr və cəzanı verər. Bu gün də belə oldu”.