"Çelsi"nin Andre Qomesi transfer etmək istəyi baş tutmayıb.
Newsport.az-ın məlumatına görə, "Valensiya" London klubunun təklifini qəbul etməyib.
"Çelsi" portuqaliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 40 milyon avroluq təklif göndərib. Amma ispanlar bu təkliflə razılaşmayıb. Andre Qomesin xidmətində "Barselona", "Yuventus" və "Mançester Yunayted"in maraqlı olduğu deyilir.
"Valensiya" Andre Qomesi 2015-ci ildə "Benfika"dan 15 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 20 milyon avro qiymət qoyduğu 22 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümdə oynadığı 41 oyunda 5 qol vurub.