"Avro-2016": İtaliya 1/8 finalda YENİLƏNİB

"Avro-2016"da qrup mərhələsinin II turunun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, günün ilk qarşılaşması E qrupunda keçirilib.

İtaliya İsveçlə münasibətlərinə aydınlıq gətirib. İlk görüşündə Belçikaya qalib gələn italiyanlar bu görüşdə də qələbə qazanacağı təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəkdi. Matçın 88-ci dəqiqəsində Ederin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanan İtaliya son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb. Daha öncə turnirin ev sahibi olan Fransa millisi də qrup mərhələsində keçirdiyi iki görüşü də qələbə ilə başa vuraraq 1/8 finala yüksəlib.  

Qeyd edək ki, bu qrupun digər oyunu Belçika - İrlandiya matçı sabah keçiriləcək.

 


17 iyun

E qrupu

17:00. İtaliya - İsveç - 1:0
Qol: 
Eder, 88 (1:0)
Baş hakim: Viktor Kaşşai 
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Tuluza şəhər stadionu.
 


 

N Komandalar O Q H M T-F X
1 İtaliya 2 2 0 0 3-0 6
2 İrlandiya 1 0 1 0 1-1 1
3 İsveç 2 0 1 1 1-2 1
4 Belçika 1 0 0 1 0-2 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right