"İspaniya və Çexiyanın işi asan olmayacaq. Çünki Türkiyə millisi çox mübarizdir. Onlara yuxarıdan aşağı baxmayın."
Newsport.az -ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına açıqlamasında Vedran Çorluka deyib.
Futbolçu Türkiyə-Xorvatiya (0-1)matçı haqqında da danışıb:" Həmin gün biz daha yaxşı idik. Oyunun taleyini həll edəcək çox imkanlarımız oldu. Amma fürsətləri dəyərləndirə bilmədik. Bizim üçün böyük qələbə oldu."
Xorvatiyalı futbolçu qrupdakı digər oyunlar haqda da danışıb:" İspaniya və Çexiya Türkiyə ilə problem yaşayacaq. Bir məğlubiyyətə görə türklərin zəif olduğunu düşünməkolmaz. Sadəcə Türkiyə millisi bir az hücum xəttinə diqqət etməlidir."