Mövsüm başa çatdıqdan sonra Bakının "İnter” klubundan ayrılan Georgi Lomayanın yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, Gürcüstanlı əlcək sahibi karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı qolkiper "Dinamo” (Tbilis)klubu ilə münasibətlərini rəmsiləşdirib. Bizdə olan məlumata görə, Lomaya ötən gün son Gürcüstan çempionu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lomaya 2009-cı ildən ölkəmizdə çıxış edirdi. O, "İnter”in heyətində 126 oyunda forma şansı qazanmışdı.