Dario Srnanın atası - Uzeir Srnanın Türkiyə ilə oyunun gedişində vəfat etməsi barədə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, Dario Srna Xorvatiya milli komandasının düşərgəsindən ayrılıb. Təcrübəli müdafiəçi bu gün Xorvatiyanın Metkoviç şəhərində atasının dəfn mərasimində iştirak edib. Kapitan ayın 15-də milli komandanın düşərgəsinə geri dönəcək.
Xatırladaq ki, Dario Srnanın atası - Uzeir Srna ötən gün baş tutan Türkiyə - Xorvatiya matçının gedişi zamanı dünyasını dəyişmişdi. Dario Srna atasının ölüm xəbərini matçdan sonra almışdı.