Atatürkün rəsminin sirri açıldı

“Avro-2016”nın Türkiyə - Xorvatiya oyunu zamanı Türkiyə millisinin texniki heyəti və ehtiyat oyunçularının oturduğu skamyada cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün şəkli yer alımışdı.

Newsport.az-ın məlumatına görəbu gün Atatürkün fotosunun ehtiyat oyunçular skamyasında olmasının səbəbi aydınlaşıb. Belə ki, uzun zamandır Fatih Terimlə bir yerdə çalışan Türkiyə millisinin İdarə Meneceri Şükrü Hanedar özəl sənədlərini topladığı qovluğun üzərinə hər zaman Müstafa Kamal Atatürkün şəklini qoyurmuş.

Şükrü Hanedar məsələ ilə bağlı açıqlama verib. Menecer bildirib ki, həmin foto uzun zamandır istifadə etdiyi və hər zaman yanında daşıdığı qovlugün üz qabığında olan fotodur: "Bu qovluq hər zaman olduğu kimi, Xorvatiya matçında da yanımda idi."

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right