Tomas Uyfalusi: " İspaniya "D qrupu"nun favoritidir. Ancaq Fatih Terim...."

Bir zamanlar "Qalatasaray"ın şərəfini qorumuş Çex futbolçu Tomas Uyfalusi İspaniya mətbuatına "Avro-2016"-da Türkiyə millisinin də yer aldığı "D qrupu" haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, sabiq qalatasaraylı bildirib ki, Fatih Terim çox böyük motivasiya ustasıdır : "D qrupu ən çətin qruplardan biridir. Mənə görə favorit İspaniyadır. AmmaXorvatiya və Türkiyə ilə mübarizə aparmaq ispanlar üçün asan olmayacaq. Xorvatiya millisində Rakitiç, Modriç, Bozoviç, Türkiyədə isə Arda və Çalhanoğlu kimi futbolçular var. Türkiyə millisində isə ən əsası Fatih Terim var."Qalatasaray"da oynayan zaman onunla tanış olmuşdum. Çox böyük motivasiya ustasıdır. Buna görə də türklərin qrupdan çıxacağına inanıram."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right