Millinin kapitanı Fransanı tərk etdi

Dario Srna Xorvatiya milli komandasının düşərgəsindən ayrılıb.

Newsport.az-ın məlumatına görə, millinin kapitanı atasının ölümünə görə milli komandadan ayrı düşüb.
 
Xorvatiya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, təcrübəli yarımmüdafiəçi bu gün Xorvatiyanın Metkoviç şəhərində atasının dəfn mərasimində iştirak edəcək. "Şaxtyor”un futbolçusu ayın 15-də milli komandanın düşərgəsinə qatılacaq.
 
Qeyd edək ki, Dario Srnanın atası Üzeir Srna ötən gün Fransada təşkil olunan Avropa çempionatının "D” qrupu çərçivəsində baş tutan Türkiyə - Xorvatiya matçının gedişi zamanı dünyasını dəyişmişdi. Dario atasının ölüm xəbərini matçdan sonra almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right