ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilib.
Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.
İran - AZƏRBAYCAN 5:3
57 kq - Hassan Rahimi - Mahmud Məhəmmədov 11:1
61 kq - Behnam Ehsanpur - Əhmədnəbi Qvarzatilov 2*:2
65 kq - Meysam Nasiri - Məhəmməd Müslümov 7:6
70 kq - Mostafa Hosseinxani - Hacımurad Ömərov 3:6
74 kq - Hassan Yazdaniçarati - Əşrəf Əliyev 9:5
86 kq - Alireza Karimimaçiani - Aleksandr Qostiyev 2:5
97 kq - Abbas Tahan - Aslanbek Alborov 0:2
125 kq - Komeil Qasemi - Səid Həmidov 5:4
AZƏRBAYCAN - Hindistan 7:1
57 kq - Mahmud Məhəmmədov - Amit Kumar 3:0
61 kq - Cahid Həsənzadə - Bairang Bairang 3:9
65 kq - Məhəmməd Müslümov - Rajneş Rajneş 4:0
70 kq - Hacımurad Ömərov - Kumar Vinod 12:1
74 kq - Əşrəf Əliyev - Parvin Rana 10:0
86 kq - Məhəmmədhacı Xatiyev - Pavan Kumar 6:1
97 kq - Aslanbek Alborov - Sativart Kadian 3:0
125 kq - Səid Həmidov - Hitender Hitender 3:0
AZƏRBAYCAN - ABŞ 0:8
57 kq - Mahmud Məhəmmədov - Daniel Dennis-Kengot 0:10
61 kq - Əhmədnəbi Qvarzatilov - Antoni Ramos 4:10
65 kq - Məhəmməd Müslümov - Frank Molinaro 1:4
70 kq - Hacımurad Ömərov - Ceyms Qrin 0:10
74 kq - Əşrəf Əliyev - Aleksandr Dieringer 0:8
86 kq - Aleksandr Qostiyev - Michael Cox 2:3
97 kq - Aslanbek Alborov - Frederik Snider 1:2
125 kq - Səid Həmidov - Yakob Varner 0:10
Monqolustan - AZƏRBAYCAN 3:5 (5-ci yer uğrunda)
57 kq - Batbold Sodnomdaş - Mahmud Məhəmmədov 0:11
61 kq - Tuvşintulqa Tumenbileg - Əhmədnəbi Qvarzatilov 0:10
65 kq - Mandaxnaran Qanzoriq - Məhəmməd Müslümov 7:3
70 kq - Altangerel Dorjtseqmed - Hacımurad Ömərov 5:6
74 kq - Unurbat Purevjav - Əşrəf Əliyev 7:0
86 kq - Uytumen Orqodol - Məhəmmədhacı Xatiyev 5:0
97 kq - Xuderbulqa Dorjxand - Aslanbek Alborov 1:6
125 kq - Çuluunbat Jarqalsaixan - Səid Həmidov 2:6
YEKUN
1. İran
2. Rusiya
3. Gürcüstan
4. ABŞ
5. AZƏRBAYCAN
6. Monqolustan
7. Hindistan
8. Türkiyə