AVRO-2016-nın qrup mərəhləsində I turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün E qrupunun matçları keçiriləcək.
Bu qrupun ilk matçında İrlandiya və İsveç milliləri üz-üzə gələcək. Qarşılaşma "Stad de France"da oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qrupun digər oyununda isə turnirin iki favorit komandası - İtaliya və Belçika münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
13 iyun
E qrupu
20:00. İrlandiya - İsveç - 1:1
Qollar: Uesli Holahan, 48 (1:0), Kiran Klark, 71-avtoqol (1:1)
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Sent-Deni. "Stad de France"
23:00. Belçika - İtaliya - 0:2
Qol: Emanuele Giaçerini, 32, Pelle, 90+3.
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. "Stade de Lion"