Belçika millisinin futbolçusu Eden Azar zədələnib.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi komandası ilə dünənki məşq zamanı zədə alıb.
Millinin baş məşqçisi Mark Vilmots E.Azarın son durumu barədə məlumat verib:
"Onun zədəsinin ciddi olmadığını düşünürəm. Azar İtaliya ilə oyuna kimi hazır olmalıdır".
D qrupunun Belçika - İtaliya qarşılaşması iyunun 13-ü saat 23:00-da başlayacaq