AÇ-2016: Cüneyt Çakırın idarə edəcəyi ilk matç

AÇ-2016-da daha iki oyuna hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, iyunun 14-də F qrupunda keçiriləcək iki qarşılaşmanın əsas söz sahibləri aşağıdakılar olacaq.  
Günün ilk qarşılaşması olan Avstriya - Macarıstan görüşü Kleman Turpenin başçılıq edəcəyi fransalı hakimlər briqadasına tapşırılıb. Ona yan xəttdə Frederik Kano, Nikolas Danos kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri isə Benoit Bastien və Fredi Fautrel olacaq.  
 
Həmin qrupun ikinci oyunu olan Portuqaliya – İslandiya matçı isə türkiyəli Cüneyt Çakıra əmanət edilib. FİFA referisinə yan xəttdə Bahattin Duran və Tarık Ongün, qapı arxasında isə Hüseyn Göçek və Barış Şimşək kömək edəcəklər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right