Millimizə cəlb olunan futbolçu: “Gələcəkdə Türkiyə millisini seçə bilərəm”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışındadır. Milli komandamızın baş məşqçisi Təbriz Həsənov tabeliyində olan 24 futbolçu ilə iyun ayının 25-nə qədər hazırlıq keçəcək. 
 

Newsport.az-ın məlumatına görə, milli komandamızın heyətində yeni futbolçulara da rast gəlmək olar. Həmin futbolçulardan biri də Türkiyənin "Altınordu” komandasında forma geyinən Muhammed Can Tuncerdir. 16 yaşlı futbolçu ilk dəfədir ki, milli komandamıza cəlb olunub. 
 
Türkiyə mətbuatına açıqlama verən gənc futbolçu Rostov toplanışının onun üçün böyük təcrübə olacağını bildirib. Gənc qolkiper bildirib ki, gələcəkdə Türkiyə milli komandasını seçə bilməsi üçün heç bir problem olmayacaq: "Hazırkı durum, qarşıdakı illərdə Türkiyənin əsas milli komandasına cəlb olunacağımı əngəlləyə bilməz. Azərbaycan bizim üçün qardaş ölkədir. Bəlkə də mənim Azərbaycan milli komandasının formasını geyinməyimlə birlikdə iki ölkə arasında, özəlliklə futbolda daha fərqli bir işbirliyi doğulacaq”.
 
Futbolçunun məxsus olduğu "Altınordu” komandasının aşağı yaş qrupları üzrə komandasının müdiri Savaş Sərdar məsələyə belə münasibət bildirib: "Azərbaycan rəsmiləri Muhammedin oyununu bəyənib və bizə təklif göndərib. Aşağı yaş qrupları üzrə komandamızdan Berke Özer və Ozan Can Türkiyənin 16 yaşadək futbolçularından ibarət milli komandasının formasını geyinir. Muhammed Canın da Beynəlxalq təcrübə qazanmasını istədik və Azərbaycanın təklifini qəbul etdik. Hər üç qapıçımızın milli komandalara cəlb olunması bizim üçün qürurvericidi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right