Rusiya millisinin üzvü “Zenit”dən imtina etdi, “Qalatasaray”a keçir

Qalatasaray" yayın ilk transferini reallaşdırmağa yaxındı.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Şalke"ilə müqaviləsi başa çatan Roman Neustadterlə anlaşıb.

Rusiya prezidenti Vladimir Putinin vətəndaşlıq verdiyi və yığmada oynamaq hüququ qazanan alman futbolçunun xidmətində "Zenit" də maraqlıdı. Hətta Sankt Peterburq klubu ona illik 2,8 milyon avro maaş təklif etmişdi. Amma təcrübəli futbolçu karyerasına görə "Qalatasaray"ı seçib. Buna görə o, hətta daha az maaşa - illik 2,4 milyona razılıq verib. 

 

Qeyd edə ki, Roman Neustadter son mövsümdə 37 maçda forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right