İspaniya milli komandasının sabiq üzvü Xose Antonio Reyes karyerasını Türkiyədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Sevilya”dan ayrılan futbolçu İstanbulun "Qalatasaray” klubuna keçməyə yaxındır.
Bu barədə məlumatı 32 yaşlı futbolçunun meneceri Hasan Çolakoğlu verib. FİFA meneceri bildirib ki, hazırda tərəflər arasında danışıqlar gedir: "Xose Antonio Reyes Türkiyədə oynamağın əleyhinə deyil. "Qalatasaray” ilə danışığımız olub. Reyes İstanbulda olmaq istəyir”.
Qeyd edək ki, Reyes karyerası ərzində "Arsenal”, "Real”, "Aletiko” və "Benfika” kimi klublarda oynayıb. O, 2012-ci ildən çıxış ediyi "Sevilya”da ardıcıl üç dəfə Avropa Liqasının qalibi olub.