Türkiyə millisindən tarixi rekord

Bu gün Fransada start götürəcək futbol üzrə Avropa çempionatının iştirakçılardan olan Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, bugünədək 400 min forma və futbolka satılıb.

Türkiyə Futbol Federasiyası formalara tələbatın ciddi şəkildə artdığını bildirib. Açıqlamada 200 min formanın və bir o qədər də futbolkanın satıldığı qeyd olunub.

Türkiyə yığması AÇ-2016-da qırmızı və mavi rəngli formalarla çıxış edəcək. Həmin formaların qiymətləri 32-48 dollar arasında dəyişir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right