Növbəti mövsüm Türkiyə Superliqasında çempionluğu hədəfləyən "Qalatasaray” klubu yay trasnfer dönəmində heyətini gücləndirməyi planlaşdırır. İstanbu təmsilçisi bu məqsədlə maraqlandığı bir neçə futbolçu ilə danışıqlara başlayıb.
Newsport.az-ın məlumatına görə, bu futbolçulardan biri də "cim-bom”un əzəli rəqibi "Fənərbaxça”nın heyətində top qovan Məhmət Topaldı. "Sarı bülbüllər”lə müqaviləsi başa çatan futbolçu növbəti mövsümdən "Qalatasaray”ın uğurları üçün çalışa bilər.
Bu barədə məlumatı "Qalatasaray”ın prezident köməkçisi Cengiz Özyalçın məlumat verib. Klub rəsmisi bildirib ki, 30 yaşlı futbolçu ilə böyük ölçüdə razılıq əldə olunub: "Qalatasaray” həmişə ulduz futbolçuları transfer edir. Məhmət Topal da bizim sabiq futbolçularımızdan biridi. O, hazırda "Fənərbaxça”nın kapitanı sayılır. Kapitanı trasnfer etmək böyük bir olay ola bilər. Bu dəqiqə Məhmət Topalla böyük ölçüdə razılıq əldə etmişik. "Fənərbaxça” ilə anlaşmayacağı təqdirdə, "Qalatasaray”ı seçəcəyinə inanıram”.
Qeyd edək ki, 2012-ci ildən "Fənərbaxça”da forma geyinən Topal 2006-10-cu illərdə "Qalatasaray”ın uğurları üçün çalışıb.