FİFA quruma üzv qəbul etdiyi Kosova və Cəbəllütariqin "DÇ-2018"də iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarını verib.
Newsport.az-ın məlumatına görə, sözügedən milli komandaların "DÇ-2018"in seçmə mərhələsində oynaması qərara alınıb. Qərara əsasən, Kosova Xorvatiya, İslandiya, Ukrayna,Türkiyə və Finlandiyanın olduğu İ qrupunda mübarizə aparacaq. Cəbəllütariq isə H qrupunda Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya və Kiprə rəqib olacaq.