Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor" klubu millimizin futbolçusu Ufuk Budakın ardından daha bir bizə tanış futbolçunu transfer edib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Hakan Kutlu "Qaziantep BB" klubundakı sabiq yetirməsi Umut Sönməzin də keçidinə razılıq verib. Onunla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Türkiyə doğumlu, lakin Almaniyada yaşayan Umut Sönməz əvvəllər 21 yaşadək millimizdə çıxış edib.