Türkiyə - Xorvatiya matçının hakimləri açıqlandı

Avropa çempionatının qrup mərhələsində daha 3 qarşılaşmanın hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, UEFA iyunun 12-də keçiriləcək C və D qrupunun görüşlərinin təyinatlarını açıqlayıb.

D qrupunda yer alan Türkiyə millisinin Xorvatiya ilə ilk görüşündə isveçli Yonas Eriksson baş hakim funksiyasını yerinə yetirəcək.

C qrupu çərçivəsində oynanılacaq Polşa – Şimali İrlandiya matçı rumıniyalı Ovidiu Alin Hateqana, Almaniya – Ukrayna matçı isə ingiltərəli Martin Atkinsona tapşırılıb.

Avropa çempionatı - 2016

12 iyun

D qrupu

17:00. Türkiyə - Xorvatiya

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Johannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Uillyam Kollum (Şotlandiya)

Ehtiyat yan xətt hakimi: Damyen Makqreyt (İrlandiya)

Hakim-inspektor: Devid Elleri (İngiltərə)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. “Stad de Frans”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right