İbrahimoviçin yeni klubu

PSJ ilə müqaviləsi başa çatdığı üçün Fransa klubundan ayrılan Zlatan İbrahimoviçin yeni iş yeri müəyyənləşmək üzrədi.

Newsport.az-ın məlumatına görə, İsveç millisinin üzvü karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Bu barədə İngiltərənin "Sky Sport" telekanlı məlumat yayıb. Məlumata görə, tərəflər arasında razılıq əldə olunub və üçün ulduz futbolçu 1 illik sözləşməyə imza atacaq.

Qeyd edək ki, bu, təcrübəli forvardın karyerası ərzində çıxış etdiyi 8-ci klubu olacaq. Buna qədər o, "Malmö”, "Ayaks”, "Yuventus”, "İnter”, "Barselona”, "Milan” və PSJ kimi klubların şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right