“Mançester Yunayted” “transfer bombası”nı partladır

Bir neçə gün öncə "Mançester Yunayted”lə 3 illik müqavilə imzalayan Joze Mourinyonun rəhbərliyi altında görmək istədiyi ilk futbolçunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Don Joze  "Mançetser Yunayted” rəhbərliyindən "Yuventus” və Fransa milli komandasının parlayan ulduzu Pol Poqbanın transfer edilməsini tələb edir. İngiltərə mətbuatında yer alan xəbərə görə, "qırmızı şeytanlar” bu yaxınlarda gənc futbolçu üçün Turin təmsilçisinə müraciət etməyə hazırlaşır. Belə ki, Mançester təmsilçisi bu transferin gerçəkləşməsi üçün "Yuventus”a 80 milyon avro təklif etmək barədə düşünür. İddia olunur ki, "Yuve” bu təklifi qəbul etməsə, "Mançester Yunayted” daha böyük məbləğlə "Yuventus”u futbolçusunu satmağa razı salmağa çalışacaq. 
 
Qeyd edək ki, 23 yaşlı oyunçu futbolun sirlərinin böyük hissəsini "Mançester Yunayted”in akademiyasında öyrənib. Belə ki, yarımmüdafiəçi 2009-11-ci illərdə "Mançester Yunayted”in aşağı yaş qrupları üzrə komandasında çıxış edib. 2011-ci ildə "qırmızı şeytanlar”ın əsas komandasına cəlb olunan futbolçu burada 3 matç keçirib və 2012-ci ildə "Yuventus”a transfer olunub. 
 
Onu da nəzərinizə çatdıraq ki, bu transfer baş tutsa İngiltərədə ən bahalı transfer gerçəkləşəcək. Belə ki, daha öncə "Mançester Yunayted” "Real”dan Anhel di Marianı 63 milyon avroya trasnfer etməklə rekord qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right