Kamerun milli komandasının sabiq üzvü, hazırda Türkiyənin "Antalyaspor” komandasının formasını geyinən Samuel Eto ilə bağlı maraqlı iddia yayılıb.
Newsport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 35 yaşlı futbolçu Türkiyədə klub dəyişəcək. Belə ki, "Barselona”nın sabiq üzvü Antalya təmsilçisindən ayrılacaq. Buna səbəb isə Etonun Türkiyəyə gəlməsində pay sahibi olan Gültəkin Gencerin "Antalyaspor”un prezidentliyindən getməsidir. Yayılan məlumatlara görə Eto "Qalatasaray” klubu ilə danışıqlar aparır. Hətta Gəncərin Eto məsələsində "Qalatasaray”a güzəşt etmək barəsində söz verdiyi də iddi olunur.
Lakin futbolçunun meneceri Mətin Qorxmaz müştərisinin "Qalatasaray”la danışıq aparmasını inkar edib. O, məsələyə belə münasibət bildirib: "Biz hər-hansı təklif almamışıq. Bu dəqiqə ABŞ-dayam. Mətbuatda yer alan xəbərlərə tanışam. Ancaq bu xəbərlər həqiqəti əks etdirmir”.