İspaniya La Liqa təmsilçisi "Deportivo” baş məşqçisi ilə yollarını ayırıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, La Koruniya təmsilçisi Viktor Sançes del Amo ilə vidalaşıb.
Buna səbəb komandanın 2015-16 mövsümünü 15-ci pillədə başa vurmasıdı. Komandanın çıxışından məmnun qalmayan rəhbərlik 40 yaşlı mütəxəssisin müqaviləsini ləğv edib.
Qeyd edək ki, "Deprtivo" bu günlərdə "Qalatasaray"dan Türkiyə milli komandasının üzvü Əmrə Çolakı rənglərinə bağlamışdı.