Rafael Benitesin taleyinə rəsmən aydınlıq gəldi

Rafael Benitesin İngiltərənin "Nyukasl” komandasındakı gələcək taleyinə aydınlıq gəlib. Nyukasl təmsilçisi geridə qalan mövsümdə İngiltərə Premyer Liqasından aşağı liqaya yuvarlansa da, baş məşqçisi ilə yollarını ayırmayacaq. 
Newsport.az-ın məlumatına görə, bu gün tərəflər arasında rəsmi müqavilə imzalanıb. Karyerası ərzində "Liverpul”, "İnter”, "Çelsi”, "Napoli” və "Real” kimi komandaları çalışdıran mütəxəssis "Nyukasl”da qalmağa razılıq verib. 56 yaşlı ispaniyalı çalışdırıcı qarşıdakı 3 ildə də "sağsağanlar”ın uğurları üçün çalışıb, komandanı növbəti dəfə Premyer Liqaya yüksəltməyə çalışacaq. 
 
Qeyd edək ki, Benitez mövsümün sonuna bir neçə tur qalmış "Nyukasl”ı çalışdırmağa razılıq vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right