Azarkeş qatilinə 26 il həbs cəzası

İki il öncə İtaliya kubokunun final oyunu çərçivəsində Roma Olimpiya stadionunda baş tutan "Fiorentina” – "Napoli”  (1-3) matçında azarkeşlər arasında baş tutan qalmaqalda 1 nəfər dünyasını dəyişmiş və bir neçə azarkeş ağır xəsarətlər almışdı. 
 

Newsport.az-ın məlumatına görə, bu gün matçdan sonra Tor di Quinto ərazisində "Napoli” azarkeşlərinə silahlı hücum edən və Kiro Espositonun ölümünə səbəb olan Daniele de Santisin məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasəm  cinayətkar Daniele de Santisə 26 il həbs cəzası verilib. Bundan əlavə məhkəmə De Santisin ailəsinin mərhum Espositonun ailəsinə 140 min avro təzminat verməsi qərarı qəbul edib. 
 
Məhkəmədən sonra mərhum azarkeşin anası Antonella Leardi jurnalistlərə açıqlama verib. O, məhkəmənin qərarının düzgün olduğunu və bunun cinayətkarlara dərs ola bilcəyini bildirib: "Belə bir hadisə baş verməməli idi. Bəzi cinayətkarlar məhkəmənin belə qərarlarından dərs çıxarmalı və belə hadisələrə yol verməməlidirlər. Kiro indi bizim aramızda ola bilərdi. Qatilə nifrət etmirəm, onu bağışladım. Fikrimcə, layiqi cəzasını aldı”.
 
Qeyd edək ki, Kiro Esposito yaralandıqdan sonra 53 gün komada qaldıqdan sonra dünyasını dəyişmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right