Muslera: “Klublar menecerimə yox, jurnalistlərə müraciət edirlər”

"Qalatasaray”ın aparıcı oyunçusu Fernando Muslera komandadakı gələcək karyerası haqqında danışıb. Qardaş ölkə mətbuatına açıqlama verən təcrübəli qolkiper "Qalatasaray”da xoşbəxt olduğunu bildirib: 
 
"Qalatasaray”la iki illik müqaviləm var. Beynimdə sual doğuracaq heç nə yoxdur. Təklfilər aldığım barədə məlumatlar var. Deyəsən klublar menecerimə yox, jurnalistlərə müraciət edirlər”.
 

Newsport.az-ın məlumatına görə29 yaşlı qolkiper Uruqvay milli komandası ilə birgə gələn ay "Copa Amerika”da iştirak edəcək. O, baş tutacaq turnir barədə fikirlərini də bildirib: "İlk öncə Uruqvay Futbol Federasiyasına təşəkkür etmək istəyirəm. "Fənərbaxça” ilə kubokun final oyununun bizim üçün nə qədər önəmli olduğunu Federasiya rəsmilərinə anlatdım və mənə millinin düşərgəsinə bir müddət gec qoşulmaq üçün icazə verdilər.  Uruqvay çox kiçik olkə ola da, futboldakı uğurları baxımından çox önəmli tarixə malikdir. "Copa Amerika”da iştirak etməm mənim üçün qurur və fəxrdir. Həmin turnirdə ölkəmizi qürurla təmsil etmək istəyirəm”.
 
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right