“Barselona”nın futbolçusu İtaliya klubunda

İtaliya A Seriyasında mübarizə aparan "Latsio” klubu yeni mövsüm üçün ilk transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Roma təmsilçisi İspaniyanın "Barselona” klubunda forma geyinən Adrianonu rənglərinə bağlayıb.
 
Mənbədə yer alan məlumata görə, "Barselona” ilə müqaviləsi 2017-ci ildə başa çatacaq futbolçu ilə 4 illik müqavilə imzalayıb. Roma təmsilçisi bu transferə görə "Barselona”ya  1 milyon avro ödəyib.
 
Qeyd edək ki, Adriano 2010-cu ildən "Sevilya”dan "Barselona”ya transfer olunmuşdu. Müdafiəçi Katoloniya təmsilçisinin heyətində 114 matç keçirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right