“Barselona”nın sabiq üzvü 34 yaşında karyerasını bitirdi

İspaniyalı futbolçu Mikel Artetanın "Arsenal”dan ayrılacağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 

Newsport.az saytının məlumatına görə, London klubunu tərk edən futbolçu karyerasını hər hansı klubda davam etdirməyəcək.  34 yaşlı təcrübəli futbolçu bu gün verdiyi açıqlamada karyerasını başa vurduğunu və bir daha peşəkar səviyyədə futbol oynamayacağını açıqlayıb. 

 
Qeyd edək ki, Mikel Arteta İspaniyanın "Barselona” klubunun yetirməsidir. O, karyerası ərzində PSJ, "Reyncers”, "Real Sosiedad”, "Everton” və "Arsenal” kimi klublarda top qovub.  Arteta PSJ-nin heyətində İntertoto Kubokunu qazanmaqla yanaşı, "Reyncers”də Sotlandiya Premyer Liqasının, Şotlandiya kubokunun və Şotlandiya Liqa kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right