Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiquya yeni vəzifə verilib.
Newsport.az-ın məlumatına görə, 43 yaşlı veteran futbolçu FİFA-da çalışacaq. O qurumun inkişaf komitəsində vitse-prezident vəzifəsini idarə edəcək.
Luiş Fiqu FİFA-da keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüşdü. O, daha sonra namizədliyini geri götürmüşdü.
Qeyd edək ki, əfsanəvi futbolçu 2009-cu ildə karyerasını başa vurub. Fiqu karyerası ərzində "Sportinq”, "Barselona”, "Real” və "İnter” kimi klublarda forma geyinib.