İtaliya A Seriyasının XXXVII turu çərçivəsində baş tutan "Roma” – "Kyevo” (3-0) oyunu meydan sahiblərinin əfsanəvi futbolçusu Françesko Totti üçün əlamətdar hadisə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi "Roma” heyətində A Seriyasında 600-cü matçını keçirib.
Newsport.az-ın məlumatına görə, 39 yaşlı futbolçu matçın 59-cu dəqiqəsində Məhəmməd Salahın əvəzinə meydana daxil olmaqla bu göstəriciyə nail olub.
Qeyd edək ki, İtaliya A Seriyası tarixində 600 oyun həddini keçmək cəmi 3 futbolçuya nəsib olub. Françesko Tottiyədək A Seriyasında Xavyer Zanetti Milan "İnter”ində 615, Paulo Maldini isə "Milan”ın heyətində 647 matçın iştirakçısı olub.