Yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq ikinci komandanın da adı müəyyənləşib.
Newsport.az saytının məlumatına görə,söhbət "Kalyari” klubundan gedir.
Sardiniya təmsilçisi B seriyasının XXXX turunda "Bari” üzərində qələbə qazanıb və turnir cədvəlini ikinci pillədə başa vurmağını rəsmiləşdirib. Bununla da Massimo Rastellinin komandası "Krotone”nin ardından yüksək liqaya vəsiqə əldə edən ikinci komanda olub.
Qeyd edək ki, "Kalyari” ötən mövsüm A seriyasında 18-ci yeri tutaraq, aşağı liqaya yuvarlanmışdı.