Arda Turan ayrılıq iddialarına cavab verdi

"Barselona”nın futbolçusu Arda Turan son zamanlar İspaniya və Türkiyə mətbuatının gündəmindən düşmək bilmir. İspaniyanın məşhur "AS” qəzetinin yaydığı məlumata görə, Katalaniya klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu yayda digər komanda yoldaşı Daniel Alveş ilə birgə komandanı tərk edəcək.

Newsport.az sayıtnın məlumatına görə, Türkiyə milli komandasının üzvü karyerasını Çində və sabiq komandası "Atletiko”da davam etdirəcək. 
 
29 yaşlı futbolçu özü də yayılan iddialara münasibət bildirib. Arda "Barsa”dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "Barselona”dakı gələcək karyeramla bağlı şübhəli məqamlar ortaya çıxanda uşaqlığımı düşünürəm. Çünki "Barselona” mənim uşaqlıq arzularımdan biri və birincisidir. Bu formanı geyinmək, İnyesta, Messi, Suarez və Neymarla dost olmaq çox gözəldir. Bu gözəlliyin aradan qalxmasına asan yollarla icazə verə bilmərəm. Səbrli olmaz lazımdır.”
 
Qeyd edək ki, "Barselona”nın baş məşqçisi Luis Enrike də Ardanın komandadan ayrılmasına razı deyil. O, ötən gün "AS”a verdiyi açıqlamada Ardanın oyunundan razı qaldığını bildirib.
 
Onu da əlavə edək ki, Arda Turan "Barselona”nın heyətində 23 rəsmi oyunda iştirak edib. O, sözügedən matçlarda 2  qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right