"Avro-2016"da daha dörd oyun

17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final mərhələsində qrup mərhələsinin I turunun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün C və D qruplarında oyunlar keçiriləcək.

Günün ilk qarşılaşmaları D qrupunda olacaq. Saat 14:00-da başlayacaq oyunda İtaliya Serbiya ilə qarşılaşacaq. Qrupun digər matçında İspaniya Hollandiya ilə üz-üzə gələcək.

C qrupunda bu gün İngiltərə - İsveç və Fransa – Danimarka oyunları keçiriləcək. Hər iki oyun saat 19:00-da başlayacaq.

 



6 may

Avropa çempionatı, qrup mərhələsinin I tur

D qrupu

14:00. İtaliya – Serbiya
“Qarabağ” stadionu

15:30. Hollandiya – İspaniya
"Dalğa Arena"


C qrupu

19:00. İngiltərə – İsveç
“Qarabağ” stadionu
 
19:00. Fransa – Danimarka
"Dalğa Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right