“Beşiktaş” şokda: Mario Qomez getmək istədiyini rəhbərliyə bildirdi

Almaniya milli komandasının futbolçusu Mario Qomez mövsümün sonunda "Beşiktaş”ı tərk edəcək. 
Newsport.az-ın məlumatına görə, Super Liqanın bombardiri müqavilə ilə məxsus olduğu "Fiorentina” klubuna qayıdacaq. 
Bu barədə hücumçunun özü rəhbərliyə məlumat verib. O bildirib ki, mövsüm başa çatan kimi "Fio”ya geri dönəcək. Əgər Florensiyə təmsilçisi Qomezi satarsa, burdan "Beşiktaş”a 50 faiz pay düşəcək. 
 
Qeyd edək ki, Qomezlə Almaniyanın "Volfsburq” komandası yaxından maraqlanır. "Kicker”in məlumatına görə, hücumçu məhz "Fiorentina”dan "Volfsburq”a transfer olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right