Bu il Braziliyanın Rio de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə edəcək hakimlər müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, kişilərin yarışında 18 referi və 32 hakim köməkçisi olacaq.
Türkiyəli FİFA referisi Cüneyt Çakır da olimpiya oyunlarında ədaləti təmsil edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək.
Qeyd edək ki, olimpiya oyunlarının açılış mərasimindən iki gün öncə başlanacaq futbol yarışı Braziliyanın 7 şəhərində keçiriləcək. Turnirin final görüşü isə "Marakana" stadionunda baş tutacaq.