Ranyeri “Lester”in çempionluğunu göydə qeyd edə bilər

Bu gün İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün qalibinin adına aydınlıq gələ bilər.

Newsport.az-ın məlumatına görə, "Lester” tarixində ilk dəfə çempion adını qazana bilər. Bunun üçün XXXVI turda "Çelsi” doğma meydanında "Lester”in ən yaxın izləyicisi "Tottenhem”i  üstələməlidir. Bu baş verəcəyi təqdirdə "Lester” Hotspur təmsilçisini 8 xal qabaqlayacaq və sona iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək. 
 
Lakin "Lester”i uğurlara daşıyan baş məşqçi Klaudio Ranyeri sözügedən matçı izləyə bilməyəcək. Belə ki, mütəxəssis oyun zamanı şəxsi işləri ilə əlaqədar ölkəsi İtaliyaya yollanacaq. Matç zamanı təyyarədə olacaq təcrübəli mütəxəssis komandasının çempionluğunu məhz təyyarədə qeyd edə bilər.
 
Qeyd edək ki, "Çelsi” – "Tottenhem” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right