"Beşiktaş" "Barselona"nın futbolçusu Tomas Vermaleni heyətinə qatmağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, bu barədə xəbəri Türkiyənin nüfuzlu "Fanatik" qazeti yayıb.
"Qara qartal" "Barsa"da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunu icarəyə götürməyi planlaşdırır.
Kataloniya klubu da belçikalı müdafiəçinin formada qalması üçün icarəyə verməyi planlaşdırır.